• $
  • €
  • ₽
  • ₺
  • £

Səhiyyə naziri də təsdiqlədi – Ermənistanda kütləvi fərarilik var

Səhiyyə naziri də təsdiqlədi – Ermənistanda kütləvi fərarilik var
31.10.2020 15:14
Ermənistanda ümumi səfərbərlik çərçivəsində orduya çağırılan şəxslər yenidən koronavirusa görə test ediləcəklər.

Anews.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə nazirinin müavini Artyom Smbatyan "Facebook” səhifəsində yazıb.
Artyom Smbatyan koronavirus testləri götürən özəl laboratoriyaları qanunsuz fəaliyyətdən çəkinməyə çağırıb. Səhiyyə nazirinin müavini bildirib ki, hərbi çağırışçılara özəl laboratoriyalardan verilən test cavablarını müsbət olsa belə, onlar təkrar test olunacaqlar. 

Qeyd edək ki, bu yaxınlarda Ermənistan Milli Təhlükəsizlik Xidməti İrəvandakı xəstəxanaların birində əməliyyat keçirib. Əməliyyat zamanı səfərbərliyə çağırılan əsgərlərə saxta "COVİD-19” arayışı verən həkim saxlanılıb. 

Bildirilib ki, səfərbərliyə çağırılan əsgərlərdən 1000-2000 dollar rüşvət alan həkim onlara saxta arayışlar verib. Son günlər Ermənistanda koronovirusa yoluxan xəstələrin sayının kəskin şəkildə artmasında bu cür saxta arayışların verilməsi həlledici olub. Bu həm də onu göstərir ki, Ermənistanda gənclər hərbi xidmətdən yayınmaq üçün bu cür üsullara əl atmağa başlayıblar.

Ermənistan Milli Təhlükəsizlik Xidməti isə yaydığı məlumatda erməni gəncləri vətəni qorumaq üçün müqəddəs missiyanı yerinə yetirməyə, xəstəlikləri simulyasiya edərək hərbi xidmətdən qaçmaq və ya müxtəlif hiyləgərlik göstərməkdən çəkinməyə çağırır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol