Zəlzələdə ölən nəvəsinin adına bina tikdi, 3 ailə üzvü də orada öldü

Oktyabrın 30-da İzmir şəhərində baş vermiş güclü zəlzələdən sonra bir neçə ailə faciəsi yaşanıb.
"Qafqazinfo”nun "Hürriyət”ə istinadən verdiyi xəbərə görə, zəlzələ nəticəsində ən çox Əmrah və Rzabəy adlı iki bina zərər görüb. Hər iki bina Bayraqlı qəsəbəsində yerləşir.
Məhəllə sakinlərinin sözlərinə görə, Əmrah binası 10 il öncə, Rzabəy isə 4 il əvvəl zəlzələyə qarşı yenidən gücləndirilib. Ancaq bu gücləndirmələr İzmirdə baş verən zəlzələdə ayaqda qalmaq üçün yetərli olmayıb.
Məlum olub ki, Əmrah binasını inşa edən podratçının adı Həyati Uzundur. O, 1992-ci ildə Ərzincan şəhərində baş vermiş zəlzələ əticəsində nəvəsi Əmrahı itirib. Hadisədən sonra İzmirə, Bayraqlı qəsəbəsinə gələrək onun adını əbədiləşdirmək üçün 1993-cü ildə 2 blok və 28 dairədən ibarət bina tikir və ona "Əmrah binası” adını verir. Özü də illərlə bu binanın idarəçisi kimi çalışıb, sonralar Didim qəsəbəsinə köçüb.
17 yaşlı Həyati Uzunun dostları bildirib ki, o, bundan öncə İzmirdə baş verən zəlzələ nəticəsində binaya zərər dəydiyini, liftin xarab olduğunu və bu binanın çökəcəyini demişdi.
www.anews.az
























