• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana COVID-19-la mübarizə üçün Kubadan 120 həkim gəldi

Azərbaycana COVID-19-la mübarizə üçün Kubadan 120 həkim gəldi
06.11.2020 23:58
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində noyabrın 6-da Azərbaycan Hava Yollarının (AZAL) dəstəyi ilə Kubadan Azərbaycana 120 həkimdən ibarət növbəti həkim briqadası gətirilib.

Anews.az xəbər verir ki, briqadanın rəhbəri Dalsi Torres Avila Kubadan ölkəmizə ilk həkim briqadasının bu ilin iyul ayında gəldiyini xatırladıb. Bildirib ki, həmin briqadada olan 115 həkim 1 nömrəli klinik xəstəxanada fəaliyyət göstərir. Azərbaycan hökumətinin dəvəti ilə gələn yeni həkim briqadası isə Abşeron rayonundakı modul tipli xəstəxanada yerli mütəxəssislərə dəstək məqsədilə pandemiyaya qarşı mübarizə aparacaq.

Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo Kubadan Azərbaycana növbəti dəfə həkim briqadasının gəlməsinin iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verəcəyini bildirib. Qeyd edib ki, bütün kubalılar kimi, o da Azərbaycana tibbi dəstəkdən məmnunluq duyur. "Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələr mövcuddur. Bu gün Azərbaycana Kubadan ikinci həkim briqadasının gəlməsi bu münasibətlərin əyani göstəricisidir. İnanıram ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək", - deyə səfir qeyd edib.

TƏBİB-in şöbə müdiri Ramin Ağayev həkim briqadasının növbəti 3 ay ərzində Azərbaycanda COVID-19-a yoluxmuş xəstələrinin müalicəsini həyata keçirəcəklərini qeyd edib. O bildirib ki, COVID-19 ilə mübarizə sahəsində Azərbaycan dövləti tərəfindən zəruri tədbirlər həyata keçirilir. Kubadan ölkəmizə həkim briqadalarının dəvət edilməsi də bu tədbirlər çərçivəsində reallaşır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol