Suriyada partlayış nəticəsində 4 ABŞ hərbçisi öldü

Suriyanın şimal-şərqində ABŞ hərbçilərinin olduğu hərbi avtomobilin əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində dörd hərbi qulluqçu ölüb.
Məlumata görə, partlayış Markada yaşayış məntəqəsinin yaxınlığında, Deyr əz-Zor və Əl-Haseke şəhərləri arasındakı yolda baş verib. Ölənlərin arasında bir tərcüməçi də var.
www.anews.az
























