• $
  • €
  • ₽
  • ₺
  • £

"Palmali" nəhəng tankeri suya buraxdı

"Palmali" nəhəng tankeri suya buraxdı
19.06.2014 20:06
Bu gün İstanbul yaxınlığında, Tuzla şəhərinin tərsanələrindən birində “Palmali” Şirkətlər Qrupuna məxsus 7 min tonluq yük qabiliyyətinə malik yeni tanker suya buraxılıb.“Palmali” Şirkətlər Qrupunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, şirkət prezidenti Mübariz Mənsimovun təşəbbüsü ilə tankerə Məcid Aslanovun adı verilib.Qeyd edək ki, Məcid Mənsim oğlu Aslanov 1900-cu ildə Masallı rayonunun Miyankü kəndində dünyaya gəlib. O, Palmali Şirkətlər Qrupunun qurucusu və prezidenti Mübariz Mənsimovun babasıdır. Bu zəhmətkeş insan Mübariz Mənsimovun həyatında atası və anası qədər böyük rol oynamış, onun ilk və ən önəmli həyat müəllimi olub. Mübariz Mənsimov babasından namusla və halal yaşamağı, Vətənə və millətə sevgini, zəhmətkeşliyi, dürüst olmağı, yalan və riyakarlığa nifrəti öyrənib.Bakıda doğulub və təhsil almasına baxmayaraq Mübariz Mənsimov bütün məktəb tətillərini Azərbaycanın ən dilbər guşələrindən biri olan Miyanküdəki ata evində keçirib. El-obasına, Vətəninə, onun bənzərsiz təbiətinə, qorxmaz insanlarına olan sevgi və bağlılıq da Mübariz Mənsimova məhz babası və nənəsinin yanında keçirtdiyi illər zamanı aşılanıb.Məcid Mənsim oğlu Aslanov 1941-ci ildə SSRİ-nin II Dünya Müharibəsinə qatılmasıyla o da savaşa yollanıb. Taqanroq diviziyasında döyüşən M.Aslanov 1943-cü ildə ağır yaralanmasına rəğmən geri dönməyib və Berlinə qədər çətin döyüş yolu keçib. 1945-də müharibənin bitməsinə baxmayaraq 1947-ci ilə qədər Sovet ordusunun Almaniyadakı qoşunlarında əsgərlik xidmətinə davam edib.Onun 6 övladından olan 60 nəvəsi, 100-dən artıq nəticə və kötükcəsi bu gün dünyanın müxtəlif ölkələrində yaşamaqdadır. Məcid Aslanov 1993-cü ildə vəfat edib.Bu gün dünyanın ən böyük dəniz daşımaçılığı ilə məşğul olan şirkətlərindən birini qurmuş Mübariz Mənsimov böyüklərinə olan vəfa borcunu az da olsa ödəyə bilmək, onların adını əbədiləşdirmək üçün növbəti gəmilərindən birinə ``Məcid Aslanov`` adını verməyi qərarlaşdırıb…Bununla bağlı keçirilən mərasimdə “Palmali” Şirkətlər Qrupunun birinci vitse-prezidenti Maarif Mənsimov, şirkət rəhbərliyi, bir sıra yerli və xarici qonaqlar iştirak edib.Yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol