İran Qarabağla bağlı razılaşmanı alqışlayır

İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar razılaşmasını müsbət qarşılayır.
Bunu İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi özünün "Twitter" səhifəsində yazıb.
M.Vaezinin sözlərinə görə, İran bu münaqişənin beynəlxalq qaydalar, o cümlədən ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunacağına inanır.
Vaezi əlavə edib ki, İran müharibənin başa çatmasına sevinir və əldə olunan razılaşmanın icra olunacağına ümid edir.
www.anews.az