• $
  • €
  • ₽
  • ₺
  • £

Araik Aratunyan: “1500 erməni hərbçisi bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı”

Araik Aratunyan: “1500 erməni hərbçisi bir neçə azərbaycanlı əsgərin qarşısından qaçdı”
11.11.2020 22:00
"Biz bu sənədi imzaladıq, çünki bir neçə min hərbçi mühasirəyə düşə bilərdi, Xankəndini qorumaq üçün artıq heç kim yox idi”.

"Sputnik Ermənistan”ın məlumatına görə, bu sözləri Qarabağdan qovulmuş separatçı rejiminin başçısı Araik Arutunyan "Facebook” hesabında canlı yayım zamanı deyib.

"Bu gün satqınları tapmağa çalışan siyasətçilər qoy öz övladlarının, qohumlarının döyüşlərdə iştirakı ilə bağlı məlumatları açıqlasınlar. Selfi çəkərək, hər kəsi aldatdılar, guya cəbhədə olduqlarını göstərdilər. Ancaq əslində orada deyildilər”, - deyə Araik Arutunyan bildirib.

O, qeyd edib ki, oktyabrın 3-də "çağırış edib, yalvarıb ki, cəbhəyə yollanmaq lazımdır, canlı qüvvə çatmır”, lakin tək qalıb.

"Hadrutdan 1500 erməni hərbçisi bir neçə kəşfiyyat-diversiya qrupunun qarşısından qaçdı. Geri dönməyə və döyüşməyə razı salmağa çalışdım. Satqınlar Qarabağdan qaçan, cəbhəyə getməmək üçün Yerevanda gizlənən həmin kişilərdir”, - deyə A.Arutunyan bildirib.

O, həmçinin keçmiş, o cümlədən Şuşadakı müraciətlərindən hissələri təqdim edib və qeyd edib ki, bunlar satqınları və "torpaqları satanları” axtarmamaq üçün edilib. İlk epizod azərbaycanlıların Talışı aldığı və Suqovuşana qədər gəlib çıxdığı zaman oktyabrın 3-də çəkilib.

Onun sözlərinə görə, həmin vaxt hərbçilərin bir hissəsi təşviş içində geri çəkilib və arxa cəbhəni təmin etmək üçün resurslar çatışmayıb. Bəzi qeyri-nizami birləşmələr ön xətt mövqelərini tutmaqdan imtina ediblər.

"Mən dedim ki, öndə gedəcəyəm, onlar isə imtina etdilər”, - deyə A.Arutunyan qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol