• $
  • €
  • ₽
  • ₺
  • £

Argentinanın Baş Prokuroru azərbaycanlı həmkarının məktubuna cavab verib

Argentinanın Baş Prokuroru azərbaycanlı həmkarının məktubuna cavab verib
13.11.2020 14:48
Oktyabrın 4-də Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyev Argentina Respublikasının Baş Prokuroru Kasal Eduardo Ezeqielə rəsmi məktub ünvanlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı döyüş əməliyyatlarına və mülki dinc əhalimizə qarşı terror aktlarının törədilməsinə xarici ölkələrdən xeyli sayda muzdlu şəxslərin cəlb edilməsi barədə məlumatlandıraraq həmin terroçuluq fəaliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyi və bir çox ölkədə olan erməni diasporlarının hesabına maliyyəşdirilməsini bildirmişdir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən anews.az-a verilən məlumata görə, Argentina Respublikasının Baş Prokuroru öz növbəsində 29.10.2020-ci il tarixdə rəsmi cavab məktubu ünvanlamaqla Baş Prokuror Kamran Əliyevə Dağlıq Qarabağ münaqişəsi ətrafında baş vermiş hadisələrlə bağlı məlumatladırılması ilə əlaqədar öz təşəkkürünü bildirərək, münaqişə zamanı mülki şəxslərin həlak olması ilə bağlı öz dərin kədərini ifadə edib.

Qeyd edilib ki, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə Argentina Respublikasının prioritet məsələlərindən biridir və bu sahədə mübarizənin gücləndirilməsi məqsədilə Baş Prokuroluğun tərkibində ixtisaslaşmış qurum - Terrorizmin Hərtərəfli Təhlili Katibliyi (SAİT) yaradılıb.

Argentina Respublikasının Baş Prokuroru, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə daim diqqətdə saxlanılmaqla, prokurorluğun bütün fəaliyyət istiqamətləri üzrə sıx əməkdaşlıq və dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol