Ədliyyə Nazirliyi - İrəvan morqlarında basdırılmayan 1400 erməni hərbçinin cəsədi var

Bu günə qədər Ermənistan Ədliyyə Nazirliyinin məhkəmə tibbi xidməti aralarında şəxsiyyəti məlum olmayan 2317 hərbçinin meyitlərini araşdırıb.
Anews.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin sözçüsü Alina Nikoqosyan məlumat verib.
Ədliyyə Nazirliyinin sözçüsü bildirib ki, ölən əsgərlərin cəsədlərinin dəyişdirilməsi prosesi yeni başladığı üçün bu sayın artacağı gözlənilir.
Qeyd olunur ki, hazırda Ədliyyə Nazirliyinin məhkəmə tibbi xidmətinin müayinə etdiyi 1400 cəsəd hələ də basdırılmayıb.
www.anews.az
























