Ukraynanın səhiyyə naziri koronavirusa yoluxdu

Ukraynanın səhiyyə naziri Maksim Stepanov koronavirusa yoluxub.
"Dostlar, bütün ehtiyata və təhlükəsizlik qaydalarına riayət olunmasına baxmayaraq, təəssüf ki, bu gün COVID-19 testim müsbət nəticə verdi. İndi özümü təcrid etmişəm, evdəyəm. Mən distant işləyəcəyəm, gündəlik brifinqləri buradan keçirəcəyəm”, - deyə Stepanov sosial şəbəkədə yazıb.
www.anews.az
























