Rusiyada son sutkada 461 nəfər COVID-19-dan ölüb

Rusiyada son bir gündə daha 24 318 nəfərə COVID-19 diaqnozu qoyulub.
Anews.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 039 926 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 461 nəfər artaraq 35 311-ə yüksəlib.
www.anews.az
























