ABŞ-ın koronavirus peyvəndinin qiyməti açıqlandı

ABŞ-ın "Moderna” şirkətinin rəhbəri Stefan Bansel bildirib ki, koronavirusa qarşı hazırlanan peyvəndin dəyəri bir ədəd üçün 25-37 dollar arasında dəyişəcək.
Bu barədə "Welt am Sonntag” nəşri yazıb.
O qeyd edib ki, qiymət alınan preparatın sayından asılı olaraq dəyişəcək.
Şirkət rəhbərinin sözlərinə görə, "Moderna” ilin sonuna qədər 20 milyon doza peyvəndin istehsalına ümid edir.
www.anews.az
























