Gürcüstanda parlament seçkilərinin rəsmi nəticələri açıqlandı

Hakim "Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyası ölkədə 31 oktyabr və 21 noyabr tarixlərində iki turda keçirilən parlament seçkilərində qalib gəlib.
MSK-nın nəticələrinə əsasən, partiyanı 48.22 faiz seçici dəstəkləyib. Hakim partiya 60 mandat əldə edib. Partiyanın 90 deputat yeri olacaq, çünki "Gürcü arzusu” həmçinin bütün 30 birmandatlı dairələrdə də qalib gəlib.
www.anews.az
























