Çin peyvəndi vurduran türkiyəli jurnalist koronavirusa yoluxdu

Türkiyənin "Habertürk” telekanalının köşə yazarı Kamal Öztürk Çin istehsalı peyvənd vurdurduqdan sonra koronavirusa yoluxub.
Anews.az xəbər verir ki, o, bu barədə Fox TV-də İsmayıl Kiçikqaya ilə "Zəngli Saat” teleproqramına telefon vasitəsilə qoşularkən bildirib.
19 dekabrda Çin şirkəti "Sinovac” şirkətinin istehsal etdiyi "CoronaVac” peyvəndini vurdurduğunu bildirən Öztürk iki gün sonra bəzi əlavə təsirlərin müşahidə olunduğunu qeyd edib. O, dekabrın 22-si yenidən koronavirus testindən keçib, nəticə pozitiv çıxıb.
Öztürk bildirib ki, yetərli qoruma yaratmaq üçün peyvəndin 14 gün fasilə ilə 2 dəfə vurulması nəzərdə tutulub.
www.anews.az
























