ÜST rəhbəri yeni pandemiyalar barədə xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreisus yeni pandemiyalar barədə xəbərdarlıq edib.
Anews.az "TASS”a istinadən xəbər verir ki, bu barədə o, Beynəlxalq Epidemiya əleyhinə hazırlıq Günü ilə əlaqədar yayımlanan videomüraciətdə bildirib.
"İnanmaq çətindir ki, hələ bir il əvvəl "COVID-19” bizə tamamilə naməlum idi. Son 12 ay ərzində bizim dünya alt-üst oldu”, - deyə ÜST rəhbəri vurğulayıb.
www.anews.az
























