İran Ukraynaya məxsus təyyarənin vurulması ilə bağlı hesabat təqdim edib

Tehran Kiyevə İranın paytaxtı yaxınlığında vurulan Ukraynaya məxsus "Boeing 737-800” sərnişin təyyarəsi ilə bağlı hesabat təqdim edib.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bununla bağlı İrandan hesabat gözlədiyini demişdi.
"(İranın) Mülki Aviasiya Təşkilatı hesabat hazırlayıb və mən elan etdiyim gün (21 dekabr) Ukraynaya və digər tərəflərə onlayn formatda təqdim etdim”, - deyə S.Xətibzadə bildirib.
www.anews.az
























