• $
  • €
  • ₽
  • ₺
  • £

Yaponiya benzinlə işləyən avtomobillərin satışını qadağan edəcək

Yaponiya benzinlə işləyən avtomobillərin satışını qadağan edəcək
28.12.2020 23:59
Yaponiya hökuməti 2050-ci ilədək istixana qazı tullantılarını sıfıra endirməyi planlaşdırır. Təsdiq olunan "yaşıl” strategiya çərçivəsində yaxın 15 il ərzində benzin mühərrikli avtomobillərin satışını tamamilə qadağan edilməsi nəzərdə tutulur.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  eyni zamanda 2030-cu və 2050-ci ilədək biznesə vergi güzəştləri və əlavə maliyyə dəstəyi göstəriləcək (870 milyard dollar). Hökumət hidrogen istehlakını önümüzdəki 10 ildə 3 milyon tona, 2050-ci ilə qədər isə 20 milyon tona qədər artırmağı planlaşdırır. Müqayisə üçün 2017-ci ildə Yaponiya bu yanacağın yalnız 200 tonunu istehlak edib.

Qeyd edək ki, Yaponiya səlahiyyətlilərinin bu təşəbbüsünə heç də hamı nikbin baxmır. Dekabr ayının ortalarında "Toyota” avtomobil istehsalçısının rəhbəri Akio Toyoda elektrikli avtomobillərin "həddindən artıq baha” olduğunu və benzin mühərrikli avtomobillərin satışına qoyulan qadağanın avtomobil sənayesinin çökməsinə və milyonlarla iş yerinin itirilməsinə səbəb olacağını söyləyib.

Yaponiya – ənənəvi avtomobillərdən imtina etdiyini elan edən ilk ölkə deyil. Dekabrın əvvəlində İngiltərənin baş naziri Boris Conson ölkədə benzin və dizel yanacaqla işləyən avtomobillərin 2030-cu ildən etibarən satışını dayandıracağını bildirmişdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol