• $
  • €
  • ₽
  • ₺
  • £

“Hayastan” fondu bağlana bilər, Paşinyan milyonlarla dolları mənimsəyib

“Hayastan” fondu bağlana bilər, Paşinyan milyonlarla dolları mənimsəyib
31.12.2020 09:26
"Hayastan” Ümumerməni Fondunun fəaliyyəti beynəlxalq auditin nəticələrinə əsasən dayandırıla bilər.
 
anews.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki,Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni, ölkənin Vatikandakı keçmiş səfiri Mikael
 
Minasyan növbəti "Requiem 6. Money" videosunda bildirib ki, baş nazir Nikol Paşinyan Qarabağdakı müharibə zamanı fondun topladığı vəsaitin bir hissəsini israf edib. Belə ki, fonda müharibə zamanı təxminən 170 milyon ABŞ dolları toplanıb.
 
Keçmiş səfirin sözlərinə görə, baş nazir fondun icraçı direktoru Aykak Arşamyana yığılmış puldan dövlət büdcəsinə 52,7 milyard dram (104 milyon ABŞ dolları) köçürməsini tapşırıb. Arşamyan bu təlimatı 9 xüsusi qərar çərçivəsində yerinə yetirib. Bu qərarların heç biri fondun qəyyumlar şurasının üzvlərinə - Robert Köçəryana və Arkadi Qukasyana göndərilməyib, çünki ikincisi bu pulun büdcəyə hansı məqsədlə köçürüldüyünü soruşacaqdı.
 
Minasyan əlavə edib ki, doqquz qərarın yeddisinin əsli naməlum səbəbdən yox olub.
 
"Fondun pulları hökumətin hesablarına yatırıldıqdan sonra Ermənistan prezidenti və fondun qəyyumlar şurasının rəhbəri Armen Sarkisyan Arşamyana məktub göndərərək pulun dövlət büdcəsinə hansı məqsədlə köçürüldüyünü aydınlaşdırmağın lazım olduğunu söyləyib. Buna cavab olaraq, Arşamyan Maliyyə nazirinə məktub yazır və o, baş nazirə göndərir. Paşinyan isə məktuba cavab vermir. Mövcud vəziyyət, fond üçün bir çox, hətta bağlanmasına gətirib çıxara biləcək problem yarada bilər. Bu günlərdə fond beynəlxalq hüquq pozuntularını aşkar edə biləcək beynəlxalq auditdən keçir”.
 
Minasyan deyir ki, ABŞ başda olmaqla bir çox ölkələrdə diaspora fəaliyyəti ilə məşğul olan və fonda pul köçürən erməni çətinliklərlə üzləşə bilər:
 
"Məsələ burasındadır ki, ABŞ-da fonda köçürdüyün vəsait qədər vergilərdən azad olunursan. Ancaq pulun başqa məqsədlər üçün xərcləndiyi ortaya çıxsa, ABŞ-dakı ermənilərin vergi orqanları ilə problemləri olacaq. Hazırda prezident Sarkisyan Paşinyandan pulu geri qaytarmasını tələb edib”.





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol