• $
  • €
  • ₽
  • ₺
  • £

II Elizabet Aİ ilə sazişi təsdiqlədi

II Elizabet Aİ ilə sazişi təsdiqlədi
31.12.2020 19:30
Böyük Britaniya parlamenti krallığın Avropa Birliyindən ayrılmasından sonra təşkilatla gələcək münasibətlərə dair müqaviləni təsdiqləyib.
 
Anews.az TASS-a istinadən xəbər verir ki, sözügedən razılaşmanın eyniadlı hissəsi olan qanun layihəsi qanunvericilik baxımından bütün mərhələləri keçib.Parlament üzvlərinin keçirdiyi təcili iclas zamanı sənəd əvvəlcə İcmalar Palatası, daha sonra Lordlar Palatası tərəfindən təsdiqlənib. Bundan sonra o, dəyişilməz olaraq aşağı palataya qayıdaraq qəbul edilib.
 
"Brexit”dən sonra London və Brüssel arasındakı münasibətlərə dair qanun layihəsi Britaniya kraliçası II Elizabet tərəfindən də artıq imzalanıb. Bu, qanun layihəsinin qüvvəyə minməsi deməkdir.
 
Belə olan halda, Britaniya qanun layihəsinin monarx tərəfindən də imzalanmasından və buna qədər qanunverici orqanın hər iki palatasında nəzərdən keçirilməsindən sonra Avropa Birliyi ilə ticarət və əməkdaşlıq haqqında 24 dekabrda imzalanan və 2021-ci il yanvarın 1-dən etibarən tərəflər arasındakı münasibətlərin şərtlərini müəyyənləşdirəcək müqavilənin təsdiqlənməsi müddətini tamamlayıb. Tərəflərin keçid dövrü adlandırdığı müddət yeni il gecəsindən etibarən başa çatacaq və 2016-cı ildə britaniyalıların referendumda təsdiqlədiyi "Brexit”, nəhayət ki, həyata keçiriləcək – Böyük Britaniya AB-nin vahid bazarını və gömrük ittifaqını tərk edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol