Somalidə terror zamanı ölən Türkiyə vətəndaşlarının sayı artdı

Somalidə Türkiyəyə məxsus inşaat firmasının işçilərinə qarşı terror aktı nəticəsində ölən Türkiyə vətəndaşlarının sayı 2-yə yüksəlib.
Anews.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
"14 yaralının, o cümlədən 3 Türkiyə vətəndaşının müalicəsi Moqadişuda Rəcəb Tayyib Ərdoğan adına Təlim və Araşdırma (Ekspertiza) Xəstəxanasında davam etdirilir. Yaralı Türkiyə vətəndaşlarının vəziyyəti sabitdir, onların həyatı üçün təhlükə yoxdur”, - nazir deyib.
www.anews.az
























