Rusiyalı aparıcı canlı yayımda intihar edib

Rusiyada Novosibirsk sakini "VKontakte” sosial şəbəkəsində aparıcısı olduğu verilişin canlı yayımında intihar edib.
Portalın məlumatına görə, 31 dekabrda saat 4 radələrində 40 yaşlı kişi aparıcı canlı yayıma qoşulub və 20 dəqiqəlik efirdən sonra həyatına son verib.
Bildirilir ki, son iki həftə ərzində aparıcı efirdə vida mesajını xatırladan şeirlər səsləndirirmiş.
www.anews.az
























