Tvitter Trampın hesabını birdəfəlik blokladı

Tvitter sosial şəbəkəsi "zorakılığa sonrakı təhrikçilik riskinə" görə ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabına girişi bağlayıb.
Bu barədə şirkət məlumat yayıb.
"@realdonaldtrumpun və onu əhatə edən kontekstin bu yaxınlardakı paylaşımlarının dəqiq müzakirəsindən sonra biz hesabı zorakılığa sonrakı təhrikçilik riskinə görə daimi əsasda dondurduq", - şirkətin xəbərində deyilir.
Daha əvvəl tvitter Trampın hesabını 12 saatlıq dondurub və onu üç paylaşımı silməyəcəyi təqdirdə daimi bloklamaqla hədələyib. Tvitter rəhbərliyinin fikrincə, bu paylaşımlar sosial şəbəkənin qaydalarını pozur.
www.anews.az
























