• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana qarşı təxribatçı çıxışlar edən erməninin statusu ləğv edildi

Azərbaycana qarşı təxribatçı çıxışlar edən erməninin statusu ləğv edildi
10.01.2021 16:00
2015-ci ildən Almaniyada qaçqın statusu ilə yaşayan erməni siyasətçi Kevork Almassiyan vətəndaşı olduğu Suriyaya deportasiya ediləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə "report"un Avropa bürosunun Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) əldə etdiyi məlumatda bildirilib. Erməni siyasətçinin ölkəni könüllü olaraq tərk etməsi üçün bir ay vaxt verilib.

Buna səbəb isə, onun Suriyadakı Bəşər Əsəd rejimini müdafiə etməsi, eyni zamanda ölkənin irqçi siyasəti ilə seçilən Almaniya üçün Alternativ (AFD) Partiyasından olan deputat Markus Fronhaymerin ofisində çalışmasıdır.

Məlumatda deyilir ki, K.Almassiyan vaxtı ilə Almaniyadan sığınacaq tələb edərkən, Bəşər Əsəd rejimi dəstəkçilərinin onu öldürmək istədiklərini bildirib. Ancaq erməni əsilli siyasətçi 2019-cu ildə öz "Twitter” profilində Azad Suriya Ordusuna qarşı olduğunu, Bəşər Əsəd rejimini müdafiə etdiyini açıq şəkildə yazıb.

Bundan sonra BAMF onun barəsində daxil olan məlumatı dəyərləndirib və qaçqın statusunun ləğv edilməsi barədə ötən gün qərar qəbul edib. Qərarda K.Almassiyana ölkəni könüllü tərk etməsi üçün bir ay vaxt verilməsi, əks təqdirdə zorla deportasiya ediləcəyi göstərilib.

Qeyd edək ki, A.Almassiyan Vətən Müharibəsi zamanı Almaniya və Suriya televiziya kanallarına Azərbaycan əlyehinə müsahibə və açıqlamalar verib. Dəfələrlə suriyalı muzdlu döyüşçülərin Azərbaycan tərəfdən Ermənistana qarşı döyüşməsini iddia edib.

Məlumat üçün bildirək ki, Almaniyada 2013-cü ildən bəri Suriyaya deportasiya etməmə qərarı keçən ilin dekabr ayında uzadılmayıb.
 
Almaniyada Federal Daxili İşlər Nazirliyindən bildirilib ki, 2021-ci ildən qaçqın statusunu itirən, sığınacaq ala bilməyən və eyni zamanda Almaniyada adı cinayət işlərinə qarışan Suriya vətəndaşları ölkələrinə sürətli şəkildə deportasiya ediləcəklər

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol