Teleqramın aktiv istifadəçi auditoriyası 500 milyonu keçdi

Yanvar ayının ilk həftəsində Teleqramın auditoriyası aylıq 500 milyon aktiv istifadəçini keçib.
Bu barədə sosial şəbəkənin qurucusu Pavel Durov öz Telegram kanalında açıqlama verib. Onun sözlərinə görə, son üç gün ərzində mesajlaşma xidmətinə 25 milyon insan qoşulub. Onların 38% -i Asiyadan, 27% -i Avropadan, 21% -i Latın Amerikası və 8% -i isə Yaxın Şərq və Şimali Afrikadandır.
Analitik şirkət "Sensor Tower”a görə, Teleqram 2021-ci il yanvarın 6-dan 10-dək 9 milyon dəfə yüklənib. Bu, bir həftə əvvələ nisbətən 91 % çoxdur.
İstifadəçilərin artmasının Votsapın məxfilik siyasətindəki dəyişikliklə əlaqədar olduğu güman edilir.
www.anews.az
























