Avropa Birliyinə daxil olmaq üçün peyvənd pasportu tələb oluna bilər

Avropa Birliyi səyahət azadlığı üçün "peyvənd pasportu" şərtini yenidən müzakirə edəcək.
Peyvəndlənməyən və AB üzvü olmayan vətəndaşlar Avropa Birliyi ölkələrinə gedə bilməyəcəklər.
Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, peyvənd pasportu üçün rəsmi müraciət Avropa Birliyi Komissiyasına təqdim olunub.
Avropa Birliyi, birlik daxilində sərbəst hərəkət etmək üçün "peyvənd pasportu" tələbi tətbiq etməyə hazırlaşır. Peyvənd pasportu tələbi qəbul edilərsə, AB-yə kənardan daxil olanlara da şamil ediləcəkdir. Normal pasport xaricində, korona peyvəndi məlumatlarının qeyd olunduğu beynəlxalq standart peyvənd pasportu olmayan şəxslər AB-ə girə bilməyəcəklər.
www.anews.az
























