Ermənistan prezidenti Armen Sarkisyan indi də pnevmoniyaya tutulub.
Bu barədə prezident aparatının mətbuat xidməti məlumat verib. Bildirilib ki, Armen Sarkisyanın hər iki ciyərində pnevmoniya əlamətləri aşkar edilib və diaqnoz qoyulub.
Qeyd edək ki, Armen Sarkisyan bir müddət əvvəl koronavirusa görə xəstəxanaya yerləşdirilmişdi. (TASS)