Çin hökuməti beynəlxalq tibb ekspertlərini ölkəyə buraxmadı

Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iki nəfər ekspertini koronavirus testi müsbət çıxdığı üçün ölkəyə buraxmayıb.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lician brifinq zamanı bildirib:
"ÜST-nin 15 nəfərlik missiyasında bir nəfər Böyük Britaniyadan və bir nəfər də Qətərdən olan ekspertin Sinqapur hava limanında keçirdikləri tranzit testlərində IgM anticisimlərə dair testlər müsbət nəticə verib”, - XİN rəsmisi qeyd edib.
www.anews.az
























