Türkiyə-Yunanıstan sərhədində 2 PKK üzvü saxlanıldı

Türkiyənin Yunanıstanla sərhədində PKK terror təşkilatının 2 üzvü həbs olunub.
Hadisə Edirnedəki Uzunkörpü ilçəsində baş verib. 2 PKK üzvü qanunsuz yollarla Yunanıstan tərəfə keçməyə cəhd edib.
Keçirilən operativ tədbirlər və əməliyyatla PKK üzvləri saxlanılıb. Araşdırmalar davam etdirilir.
www.anews.az
























