• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Avropa İttifaqının imtina etdiyi vaksini alır

Ermənistan Avropa İttifaqının imtina etdiyi vaksini alır
26.01.2021 17:39
Bir həftə əvvəl Ermənistan Səhiyyə Nazirliyinin COVID-19-a qarşı vaksini "AstraZeneca” şirkətindən əldə etmək istədiyi məlum olub.
Bu barədə "Vestnik Kavkaza” xəbər yayıb.

"Britaniyanın "AstraZeneca” şirkətindən COVID-19-a qarşı vaksin almaq barədə qərar qəbul edilib. Sakinlərin üç faizi vaksinasiyadan keçəcək. Birinci mərhələdə qocalar evlərinin sakinləri və əməkdaşlarına, tibb işçilərinə, sosial mərkəzlərdə çalışanlara, 65 yaşdan yuxarılara, xroniki xəstəlikləri olan 16-64 yaşlı insanlara peyvənd vurulacaq”, - deyə bildirilib.

Beləliklə, Ermənistan yaşlı nəsli məhz "AstraZeneca” ilə peyvəndləməyə qərar verib. Qeyd etmək yerinə düşər ki, Ermənistan Səhiyyə Nazirliyinin qərarından bir həftə sonra Almaniya və onunla birlikdə bütün Avropa İttifaqı bu peyvənddən imtina edib. Səbəbi isə "AstraZeneca”nın 65 yaşdan yuxarı olan insanlar üçün son dərəcə təsirsiz olduğunun sübuta yetməsi olub.

Almaniyanın məlumatlı KİV-ləri bildiriblər ki, AFR hökuməti yaşlılar üçün peyvəndin səmərəliliyinin ən yaxşı halda yalnız 10% olduğunu düşünür.
Jurnalistlər, həmçinin dövlət mənbələrindən öyrəniblər ki, Aİ-də bu peyvənd sözügedən yaş qrupu üçün təsdiqlənməyəcək.

Deməli, Ermənistan ölkənin yaşlı sakinlərini avropalıların özlərinin də rədd etdikləri təsirsiz peyvəndlə vaksinasiyadan keçirəcək.

Beləliklə, yaxın gələcəkdə Ermənistan hökuməti "AstraZeneca”nın alınması ilə bağlı qərar qəbul edərkən əlində rəhbər tutduğu motivlər barədə xoşagəlməz sualları cavablandırmalı olacaq.
İndi isə Ermənistan hökumətinin bu cür məsuliyyətsiz qərarının arxasında nəyin durduğunu, yəni hansı səbəbdən Avropadan qəsdən ucuz qiymətə "əczaçılıq zibilləri” almağa çalışdığını müəyyən etmək qalır.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol