Trampın "Youtube" hesabının bloklanması müddəti uzadıldı

"YouTube” videohostinqi ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabında videoların yerləşdirilməsi qadağasını qeyri-müəyyən müddətə uzadıb.
Məhdudiyyətlər həmçinin Trampın şəxsi vəkili Rudolf Culianın hesabına da aiddir.
Bundan əvvəl – yanvarın 8-də isə tvitter Trampın hesabını silib. Onun səhifələrini habelə feysbuk, instaqram, snapçat və tvitç sosial şəbəkələri də bloklayıb.
www.anews.az
























