• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynanın yeni prezidentinin təntənəli andiçmə mərasimi keçirilib

Ukraynanın yeni prezidentinin təntənəli andiçmə mərasimi keçirilib
07.06.2014 13:25
Mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edibBu gün Ukrayna Ali Radasının binasında ölkənin yeni seçilmiş prezidenti Pyotr Poroşenkonun təntənəli andiçmə mərasimi keçirilib. APA-nın xəbərinə görə, mərasim Ukrayna telekanalları vasitəsilə canlı yayınlanıb. Əvvəlcə Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Mixail Oxendovski mayın 25-də keçirilmiş növbədənkənar prezident seçkilərinin rəsmi nəticələrini elan edib. Sonra Konstitusiya Məhkəməsinin sədri Yuri Baulin Konstitusiya kitabını və “Yevangeliya”nı yeni prezidentə təqdim edib. P. Poroşenko əlini dini kitaba basaraq and içib. O, daha sonra prezidentin Ali Radadakı kürsüsünə qalxaraq orada and mətnini imzalayıb. Andiçmə prosedurlarından sonra Ukraynanın yeni prezidenti Pyotr Poroşenko ölkədəki vəziyyət, dövlətin daxili və xarici siyasəti barədə geniş nitq söyləyib. Mərasimdə xaricdən 60-a yaxın rəsmi nümayəndə heyəti iştirak edib. Onların arasında Polşa prezidenti Bronislav Komorovski, Belarus prezidenti Aleksandr Lukaşenko, Litva prezidenti Dalya Qribauskayte, İsveçrə prezidenti, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter, Sloveniya prezidenti Borut Pahor, Estoniya prezidenti Toomas İlves, Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey, ATƏT-in baş katibi Lamberto Zanyer, BMT baş katibinin müavini Ceffri Feltman, ABŞ-ın vitse-prezidenti Co Bayden də olub. Tədbirdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib. Rusiya Kiyevdəki səfir Mixail Zurabov səviyyəsində təmsil olunub.  ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol