• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da iki polis intihar edib

ABŞ-da iki polis intihar edib
28.01.2021 21:00
ABŞ Senatının binasında (Kapitoli) baş verən iğtişaşlardan sonra iki polis əməkdaşı intihar edib.

"Report” "Washington Post”a istinadən xəbər verir ki, bunu ABŞ-ın paytaxtı Vaşinqtonun polis rəisi Robert Konti bildirib.

Qəzetin yazdığına görə, Kapitolidəki iğtişaşların şahidi olmuş 51 yaşlı polis əməkdaşı Hovard Libenqud yanvarın 9-da həyatına qəsd edib. Digər polis Cefferi Smit isə yanvarın 15-də özünü öldürüb.

R.Kontinin sözlərinə görə, C.Smit 12 il polis patrulu işləyib: "Kapitoliyə hücum ən sakit şəhərin təhlükəsizlik sistemindəki zəif yerləri aşkarladı”.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 79 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, D.Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.

Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 5 vətəndaş həlak olub, 14 polis yaralanıb. Vətəndaşlardan biri polisin açdığı atəş nəticəsində ölüb.

Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O, müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin bununla belə zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.

Yanvarın 7-də ABŞ konqresinin hər iki palatasının - Senat və Nümayəndələr palatasının birgə keçirilən iclasında Cozef Baydenin prezident seçkilərindəki qələbəsi təsdiqlənib. C.Bayden yanvarın 20-də and içərək prezident kimi fəaliyyətə başlayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol