Rusiyada ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Rusiyada ağır yol qəzası baş verib.
Bu barədə Anews.az TASS-a istinadən xəbər verir.
Məlumata görə, hadisə Samara əyalətində qeydə alınıb. Belə ki, sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 10 nəfər həlak olub, daha 14 nəfər xəsarət alıb.
www.anews.az
























