• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın baş naziri olmağa iddialı əsas namizədlər

Ermənistanın baş naziri olmağa iddialı əsas namizədlər
30.01.2021 20:40
Ermənistanda 2021-ci ildə növbədənkənar parlament seçkilərinin keçirilməsi heç kəsdə şübhə doğurmur.


Qarabağ məğlubiyyətindən sonra ölkədə yaranmış siyasi böhran iqtisadi stabilliyin olmaması, milli valyuta dramın devalvasiyası, dövlət borcunun artması və ərzaq qiymətlərinin bahalaşması ilə müşahidə olunur.


Bu şəraitdə baş nazir Nikol Paşinyan yaxın aylarda növbədənkənar seçkilərin keçiriləcəyini bildirsə də, postundan istefa verməməyə israrlıdır.
Hazırda planlaşdırılan seçkilərdə baş nazir Nikol Paşinyanın və başçılıq etdiyi "Mülki Müqavilə” partiyasının iştirakı gözlənilir. "Mənim addımım” fraksiyası çərçivəsində bir neçə partiya və siyasi təşkilatın Paşinyanla koalisiya quracağı da istisna deyil.


Paşinyanla yanaşı, aralarında "Daşnaksütyun” və "Çiçəklənən Ermənistan” partiyaları da daxil olmaqla, 17 siyasi partiyanın eks-müdafiə naziri Vazgen Manukyanın namizədliyini irəli sürəcəyi də hər kəsə məlumdur.


Parlamentdə təmsil olunan 3-cü siyasi qüvvə - "İşıqlı Ermənistan” partİyasının sədri Edmon Marukyan da baş nazir olmaq istəyir. O nə iqtidar, nə də müxalifət qüvvələri ilə koalisiyaya girmək planını olmadığını deyib.


Baş nazir postuna ən real namizədlərdən biri siyasətə qayıtdığını elan edən və Paşinyandan narazı elektoratı sürətlə öz tərəfinə çəkən eks-prezident Robert Koçaryan da var. Hələlik onun hansı partiya və müttəfiqlərlə seçkiyə getməsi məlum deyil.


Hökumətə başçılıq etmək istəyən sonuncu məlum namizəd isə "Alyans” partiyasının sədri Tiqran Urixanyandır. Parlamentdə müstəqil deputat kimi fəaliyyət göstərən Urixanyanın qələbə şansları çox aşağı qiymətləndirilir.


Serj Sarksiyan dövründə baş nazir postunu icra edən Karen Karapetyanın isə seçkilərə qatılmaq planları barədə məlumat yoxdur. Hazırda Rusiyanın "Qazprom” şirkətində rəhbər postlardan birini tutan Karapetyan yenidən Ermənistanda siyasi post tutmağa isti baxır.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol