Türkiyə antiterror əməliyyatına başladı

Türkiyədə separatçı terror təşkilatı PKK-nı ölkənin gündəmindən çıxarmaq və bölgədə olduğu düşünülən terrorçuları təsirsiz hala gətirmək üçün başladılan "Eren” əməliyyatları davam edir.
Ölkənin Daxili İşlər Nazirliyi Hatay, Osmaniye və Qaziantep çöllərində "Eren-8 Amanoslar” əməliyyatının başladıldığını açıqlayıb.
Əməliyyat Adana Jandarma Bölgə Komandanlığının rəhbərliyi altında həyata keçirilir.
www.anews.az
























