Rusiya peyvəndi Pakistanda da qeydiyyata alındı

Rusiya istehsalı "Sputnik V” koronavirus peyvəndi Pakistanda qeydiyyata alınıb.
"Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu məlumat yayıb.
"Pakistanın Dərman Vasitələrinə Nəzarət Təşkilatı tərəfindən "Sputnik V” peyvəndinin istifadəsinə icazə verilib”,- deyə açıqlamada qeyd olunub.
Pakistanın "Sputnik V” peyvəndini qeydiyyata alan dünyanın 22-ci ölkəsi olduğu bildirilir.
RDİF rəhbəri Kirill Dmitriyev fondun mətbuat xidmətindən sitat gətirərək, Pakistanın dünyanın ən sıx məskunlaşan ölkələrindən biri olduğunu və "Sputnik V”nin koronavirusa qarşı dərman portfelinə daxil edilməsinin insanların sağlamlıqlarının qorunmasında əhəmiyyətli bir addım olduğunu qeyd edib.
www.anews.az
























