• $
  • €
  • ₽
  • ₺
  • £

KİV: Ukrayna, Gürcüstan və Moldova hərbi ittifaq yaradır

KİV: Ukrayna, Gürcüstan və Moldova hərbi ittifaq yaradır
10.02.2021 22:00
ABŞ-ın istəyi ilə Ukrayna, Gürcüstan və Moldova arasında hərbi ittifaqın yaradılması planlaşdırılır.

Bu barədə Polşa mətbuatı yazıb.

Məlumatlara əsasən, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hər üç ölkə arasında bununla bağlı məsləhətləşmələrə artıq başlanıldığını bildirib: "Üçtərəfli birlik ideyasına gəlincə, mən ABŞ-ın dövlət katibi Toni Blinkenə dedim ki, ABŞ Qara dəniz və Mərkəzi Avropa bölgəsində Ukraynaya etibarlı tərəfdaş kimi arxalana bilər. Sizi inandırıram ki, Ukrayna, Gürcüstan və Moldova bu istiqamətdə fəal hərəkət edirlər”.

Məsələyə münasibət bildirən gürcü hərbi ekspert Vaxtanq Maisaya "Rezonansi” qəzetinə müsahibəsində hərbi ittifaq ideyasının yeni olmadığını deyib: "Bu, GUAM formatına bənzəyir. Hesab edirəm ki, bu təşkilat hərbi deyil, qeyri-rəsmi olacaq”.

Ekspertin fikrincə, ittifaqın mahiyyəti qarşılıqlı hərbi yardım göstərməkdən ibarət ola bilər: "Lakin şübhə edirəm ki, Moldova hərbçilərini bu formata cəlb etmək mümkün olsun. Belə ki, ölkə konstitusiyasında daimi neytrallıq barədə bənd var. Birliyin Gürcüstan və Ukrayna arasında yaradılması mümkünlüyü daha çoxdur. Lakin ölkələr arasında hazırkı münasibətləri nəzərə alsaq, bunun mümkünlüyü şübhə doğurur”. (report)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol