Ukrayna XİN Mixeil Saakaşviliyə xəbərdarlıq edib

Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin ictimai xadimlərini Gürcüstanda itaətsizlik aksiyalarına çağırışlardan çəkinməyə çağırıb.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə XİN-nin bəyanatında bildirilib.
Qeyd olunub ki, bu cür çağırışlar Ukraynanın strateji tərəfdaşı olan Gürcüstanın daxili işlərinə müdaxilə kimi dəyərləndirilə bilər: "Ukrayna bu cür müdaxilələrə heç zaman yol verməyib və bundan sonra da belə hərəkətlərin əleyhinə olacaq”.
www.anews.az
























