Türkiyədə koronavirusla bağlı son vəziyyət AÇIQLANDI

Türkiyədə son sutka ərzində 94 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Anews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, 7590 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 27 187, virusa yoluxanlar isə 2 564 427 nəfərə çatıb.
www.anews.az
























