İtaliyada bölgələrarası səyahət qadağan olundu

İtaliyada koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bölgələrarası səyahət qadağan edilib, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qərar fevralın 25-dək qüvvədə olacaq.
Bundan əlavə, Liquriya, Toskana, Abruzzo və muxtar Trento əyalətində yoluxmaların artması səbəbindən risk səviyyəsi yenilənib və orta riskli sarı kateqoriyasından yüksək riskli narıncı kateqoriyasına dəyişdirilib.
www.anews.az
























