• $
  • €
  • ₽
  • ₺
  • £

Kadir Topbaş vəfat etdi

Kadir Topbaş vəfat etdi
13.02.2021 20:58
İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Kadir Topbaş vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu məlumat yayıb.

O qeyd edib ki, Kadir Topbaş koronavirus səbəbindən vəfat edib: "COVİD-19 virusu səbəbindən bir müddət reanimasiyada olan və 13 il İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olaraq şəhərimizə əhəmiyyətli xidmətlər göstərən Kadir Topbaşın ölüm xəbərini dərin kədərlə qarşıladım. Qohumlarına, yaxınlarına və İstanbul Böyükşəhər Bələdiyyəsi ailəsinə başsağlığı diləyirəm”.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da Topbaşın vəfatı ilə bağlı sosial şəbəkə hesabında başsağlığı verib: "İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri, dəyərli dostumuz Kadir Topbaşın vəfatını dərin kədər hissi ilə öyrəndim. Kadir bəyi İstanbula və ölkəmizə xidmətlərinə görə unutmayacağıq. Ona Allah rəhmət, ailəsinə, sevənlərinə və millətimizə başsağlığı diləyirəm”.

Qeyd edək ki, Kadir Topbaş ötən ilin noyabr ayının 16-dan COVİD-19 virusu səbəbindən xəstəxanada müalicə olunurdu. 




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol