Sarqsyan özünü və Paşinyanı ifşa etdi: "Azərbaycana "İskəndər" atılıb"

Ermənistan ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı "İskəndər" raketindən istifadə edib.
Anews.az-ın xəbərinə görə, bunu Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan "Armnyuz”a müsahibəsində etiraf edib:
"Ermənistan tərəfdən "İskəndər”in tətbiq edilməməsi ilə bağlı verilmiş açıqlamalarla razı deyiləm”.
Onun sözlərinə görə, bu raket döyüşlərin son günlərində tətbiq edilib:
"Konkret olaraq Şuşaya atılıb”.
Sarqsyan bildirib ki, "İskəndər" raketindən Şuşanı yenidən ələ keçirmək üçün istifadə ediblər. Müxbirin "düşmənin ərazisinə niyə bu raketi atılmadı” sualına cavabında keçmiş prezidenti deyib:
"Cavab zərbədən ehtiyat edildiyi üçün atılmayıb. "İskəndər”dən müharibənin 4-5-ci günü Horadiz və başqa istiqamətlərdə istifadə etmək lazım idi".
O, Azərbaycan ərazisinə Ermənistan tərəfindən başqa silahlar tətbiq edilmədiyi ilə bağlı deyilənlər razılaşmadığını vurğulayıb:
"Yadınızdadırmı, bir nəfər Gəncədə hava limanının yerlə bir edilməsi barədə əmr vermişdi”.
www.anews.az