Ermənistanın hərbi prokuroru: "Müharibədə ölən erməni hərbçilərin sayı məlum deyil"

"İkinci Qarabağ müharibəsində ölən erməni həbçilərinin 3 389-nun meyiti identifikasiya olunub”.
"Sputnik Armeniya”xəbər verir ki, bunu Ermənistanın hərbi prokuroru Vaqe Arutyunyan prokurorluq orqanlarının fevralın 18-də keçirilən müşavirəsində bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə xidməti vəzifləri yerinə yetirərkən ölən hərbçilərin yekun sayı hələ məlum deyil: "Hərbçilərin, mülki şəxslərin meyitlərinin axtarışı davam edir. 2020-ci ildə 3 389 hərbçinin meyiti identifikasiya olunub”.
Hərbi prokuror bildirib ki, 44 günlük müharibədə Ermənistanın 9 094 hərbçisi müxtəlif dərəcəli bədən xəsarət alıb. V.Arutyunyanın sözlərinə görə, 2020-ci ildə Ermənistanın hərbi hissələrində 3 016 cinayət qeydə alınıb ki, bu da 2019-cu illə müqayisədə 3 dəfə (ötən il 929 cinayət qeydə alınıb) çoxdur. O deyib ki, 3 016 cinayətin 55 faizi amansızlıq və xüsusi amansızlıqla törədilib.
Müşavirədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan da iştirak edib.
www.anews.az