• $
  • €
  • ₽
  • ₺
  • £

Argentina səhiyyə naziri vaksinasiya qalmaqalı fonunda istefa verdi

Argentina səhiyyə naziri vaksinasiya qalmaqalı fonunda istefa verdi
20.02.2021 09:14
Argentinanın səhiyyə naziri Hines Qonzalez Qarsiya ölkədə hökumətə yaxın şəxslərin növbədənkənar peyvənd edilməsi ilə əlaqədar qalmaqalın başlamasından sonra istefa verib.
 
Məmur istefası barədə bəyanatın mətnini tvitterdə dərc edib.

"Sizin xahişinizə cavab olaraq mən səhiyyə naziri postundan istefa verirəm”, - ölkə Prezidenti Alberto Fernandesə ünvanlanmış məktubda deyilir. Daha əvvəl "Todo Noticias” telekanalı bildirmişdi ki, ölkə başçısı nazirdən istefa verməsini xahiş edib.

Qalmaqalı şərh edən Qonzalez Qarsiya qeyd edib ki, peyvənd olunanların hamısı gedən kampaniya çərçivəsində üstünlük verilən şəxslər qrupuna daxildir. Onun fikrincə, yaranmış vəziyyət anlaşılmazlığın nəticəsidir.

Daha sonra məlum olub ki, Argentina Prezidenti səhiyyə nazirinin müavini Karla Vissottini qurumun yeni rəhbəri təyin edib.

Daha əvvəl argentinalı jurnalist Horasio Verbitski "El Destape” radiostansiyasının efirində köhnə dostu Hinesə müraciət etdikdən sonra koronavirusdan peyvənd oluna bildiyini deyib. "Clarin” qəzetinin məlumatına görə, jurnalistlə yanaşı, ictimaiyyətə bildirilmədən və əhalinin immunizasiya planı çərçivəsindən kənarda bir neçə qanunverici və məmur da peyvənd olunub.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol