Qazaxıstanda yataqxanada partlayış - ölən var

Bu gün Qazaxıstanın Petropavlovsk şəhərində beşmərtəbəli yataqxananın birinci mərtəbəsində yerləşən kafedə qaz balonu partlayıb.
Anews.az "Kazinform” agentliyinə istinadən xəbər verir ki, partlayış binada dağıntılara yol açıb.
Nəticədə 1 nəfər ölüb, 2-i ağır olmaqla, 13 nəfər xəstəxanaya yerləşdirilib.
www.anews.az
























