Çinə casusluq edən Rusiya vətəndaşına hökm oxunub

Rusiyanın Zabaykal diyar Məhkəməsi Çinin xüsusi xidmət orqanlarına məxfi məlumatlar ötürməkdə təqsirləndirilən Vladimir Vasilyevi 8 il müddətinə azadlıqdan məhrum edib.
"Report” TASS-a istinadən xəbər verir ki, o, dövlət sirri sayılan məlumatları toplayaraq xarici kəşfiyyat orqanlarına ötürüb.
Rusiya vətəndaşı olan V.Vasilyev Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə mühakimə olunub.
Məlumata görə, hökm artıq qüvvəyə minib.
www.anews.az
























