Gürcüstanda koronavirusa 234 yeni yoluxma qeydə alınıb

Gürcüstanda ötən sutkada daha 234 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 9 pasiyent vəfat edib.
Anews.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Beləliklə, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 272 851-ə, xəstəlikdən ölənlərin sayı isə 3 576-ya çatıb.
www.anews.az
























