Gürcüstanda qadın siyasətçi hərəkat yaradıb

Gürcüstanın müxalif siyasətçisi Elene Xoştariya "Droa!” ("Vaxtdır!”) adlı yeni hərəkat təsis edib.
O, bu barədə ictimaiyyətə videomüraciətində bildirib.
Müxalifət cəbhəsində ən fəal xanımın sözlərinə görə, siyasi təşkilatın əsas məqsədi rüşvətxor məmurları və bütün ədalətsizlikləri ifşa etmək olacaq.
"Ədalətsizliklə mübarizə aparanlar, sizi yalnız qoymayacağıq”, - E.Xoştariya müraciətində deyib.
www.anews.az
























