• $
  • €
  • ₽
  • ₺
  • £

Papanın İraqa səfəri şərəfinə hazırlanan xatirə markası qalmaqal yaradıb

Papanın İraqa səfəri şərəfinə hazırlanan xatirə markası qalmaqal yaradıb
10.03.2021 20:00
Katoliklərin ruhani başçısı, Roma Papası Fransiskin İraqa səfərinə həsr olunan xatirə pulunda Türkiyənin sərhədləri barədə məlumatlar və xəritə təhrif olunub.

Bunu Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının sözçüsü Ömər Çelik bildirib.

Onun sözlərinə görə, Roma Papasının şərəfinə çap edilən markada "Kürdüstan” adlanan ərazinin "xəritəsi” və Fransiskin fotosu verilib. "Xəritəyə” Türkiyənin şərq və cənub-şərq bölgələrinin bəzi əraziləri də daxil edilib.

"Bəhs edilən xəritəyə baxdıq. Müxtəlif zamanlarda belə cəhdlər olur. Bunların hamısı yalan və səhv hərəkətlərdir. Əvvəllər Fransa belə bir xəritə buraxmışdı. Ermənistan da vaxtaşırı bunu edir. Bu, ziyarətin xaricində olan bir işdir. Bunu Türkiyəyə qarşı düşmənçilik yaradan bir addım olduğunu düşünürük”, - Ömər Çelik deyib.

Qeyd edək ki, Roma Papası İraqa 4-günlük səfəri çərçivəsində ölkənin şimalındakı muxtar hökumətin lideri Neçirvan Bərzani və baş naziri Məsrur Bərzani ilə görüşüb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol