İraqın şimalındakı hökumət Türkiyəyə qarşı olan marka ilə bağlı açıqlama verib

Roma Papası Fransisin İraqa ziyarətindən sonra ölkənin şimalında buraxılan xatirə markasındakı təhrif və Türkiyənin ərazi bütövlüyünə qarşı hörmətsizliklə bağlı yerli muxtariyyət hökuməti açıqlama verib.
Məlumatı İHA yayıb.
Bildirilib ki, bəhs edilən markalar hələ yerli hökumət tərəfindən təsdiqlənməyib.
İraqın şimalındakı muxtar hökumətin sözçüsü Cutyar Adil bildirib ki, Papanın səfəri ilə bağlı bəzi sənətçilər marka buraxılması təklifi ilə çıxış ediblər, ancaq onların təqdim etdiyi layihə hökumət tərəfindən hələ təsdiqlənməyib.
www.anews.az
























